Haqqımızda

Biz kimik?

Azerbaijan map

Layihənin tətbiqi ilkin mərhələdə Şamaxı rayonu üzrə həyata keçirilmişdir.

“inkart” layihəsi “Azər-Türk Bank” ASC , AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və MasterCard beynəlxalq ödəniş sistemi tərəfindən ərsəyə gətirilmiş və ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda bank kartları ilə ödəniş etmək imkanı yaradan birgə layihədir. Məlumat üçün bildirək ki, layihənin sponsoru MasterCard, tənzimləyici qurum isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətidir. Layihə çərçivəsində kartların emissiyası, prosessinq, maliyyə və klirinq xidmətlərini isə “Azər-Türk Bank” ASC həyata keçirir. 2020-ci ilin avqust ayından etibarən pilot layihənin icrasına Şamaxı şəhərində başlanılmışdır. Hazırda, layihənin icrası çərçivəsində innovativ nəqliyyat ekosistemi yaradılmış, avtobuslarda ödənişləri qəbul edən yeni nəsil cihaz-validatorlar quraşdırılmışdır. Qeyd edək ki, avtobuslarda nağdsız hesablaşmaların validatorlara inteqrasiyası inkişaf etmiş dünya ölkələrində olduğu kimi, təmassız texnologiyanı dəstəkləyən bank kartları vasitəsilə «EMV Contactless» texnologiyaları üzərindən həyata keçirilir. Validatorlarda təmassız ödəniş imkanına malik olan istənilən banka məxsus kart ilə ödəniş etmək mümkündür ki, bu imkan istifadəçiyə əlavə kart almaq zərurəti yaratmır.

Qurulmuş ekosistem, hazırda istifadəyə verilmiş validatorlarda, plastik kartlardan əlavə NFC texnologiyanı dəstəkləyən avadanlıqlar — smartfon, «ağıllı saat» və s. vasitəsilə, real vaxt rejimində ödənişləri həyata keçirməyə imkan verir.



Layihənin ikinci mərhələsində “inkart” mobil tətbiqi vasitəsilə QR biletlərin satışı təşkil olunacaqdır və bu da müştərilərə sadəcə “inkart” mobil tətbiqindən istifadə etməklə ödənişləri həyata keçirməyə imkan verəcəkdir. Layihənin ikinci mərhələsində görüləcək işlərdən biri də kartın eyniləşdirilməsi ilə bağlıdır, belə ki “inkart”ın sahibi mobil tətbiqə öz şəxsiyyət vəsiqəsini əlavə etməklə kartını eyniləşdirmiş olur və bundan sonra “inkart”ı adi ödəniş kartı kimi pos-terminallarda, ATM-lərdə və onlayn alış-veriş zamanı istifadə etmək imkanı əldə edir.

105min

əhali

59

kənd

135əd

avtobus

58

dayanacaq

Məqsədimiz

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı tədbirlərin icrasına dəstək olmaq, həmçinin nağdsız hesablaşmaların, o cümlədən təmassız kart əməliyyatlarının sayının artırılması , vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirməklə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsidir. Layihə çərçivəsində əhalinin ictimai nəqliyyat vasitələrində daha rahat xidmət olunması, ödənişlərin operativ qəbulunun təmin olunması və təmassız kart əməliyyatlarının ümumi kart əməliyyatları içərisində payının artırılması nəzərdə tutulur. Qeyd olunmalıdır ki, ölkə səviyyəsində bu cür layihələrin tətbiqi fiziki təması azaldır, “ağıllı” şəhər layihəsinin inkişafına dəstək verir, həmçinin vətəndaş məmnunluğunu artırır.

Hədəfimiz

Bir yox, min olmaqdır! “inkart” layihəsi ilkin mərhələdə Şamaxı şəhərində pilot layihə olaraq həyata keçirilir. Layihə çərçivəsində ölkənin digər rayon və şəhərlərində nəqliyyatda ödənişlərin təmassız kartlar vasitəsilə qəbulu istiqamətində işlərin icrasına artıq başlanılmışdır.

Mobil tətbiqin funksional üstünlükləri:

  • Kart nömrəsi və ya mobil nömrə ilə rahat qeydiyyat və giriş imkanları
  • Rahat və anlaşıqlı interfeys
  • Əsas səhifədə kart üzrə əsas məlumatların (kartın balansı, kart üzrə əməliyyatlar və s.) əks olunması
  • Kartların mobil tətbiqə əlavə olunması və silinməsi imkanı
  • Kartların bloka salınması və blokdan azad edilməsi imkanı
  • Kartın eyniləşdirilməsi ilə kart limitlərinin artırılması imkanı
  • Ödəniş tarixçələri barədə məlumat
  • Balansın artırılması və balansda olan vəsaitin digər kartlara köçürülməsi imkanı
  • Rus və ingilis dili seçimləri
  • İştifadəçi qaydaları və şərtləri